Dəqiqləşdi: “Qalatasaray” onu bu qiymətə transfer edir
“Qalatasaray” “Zenit”in yarımmüdafiəçisi Vendeli transfer etməyə yaxındır.
Aut.az xəbər verir ki, bu barədə “Kontra Spor” məlumat yayıb.
Mənbənin məlumatına görə, türk klubu braziliyalı yarımmüdafiəçinin transferi üçün 22 milyon avro ödəyəcək. 12 milyon avronu “Qalatasaray” dərhal, qalanını isə bir neçə il ərzində hissə-hissə ödəyəcək. Bonus hissəsi 2 milyon avroya çatacaq.
Bundan əvvəl mediada Vendelin Türkiyə klubuna keçmək üçün heç bir səy göstərmədiyi barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, Vendel ötən mövsüm “Zenit”in heyətində bütün turnirlərdə 35 oyun keçirib, 4 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Aut.az
