İspaniyanın dopinq sistemində “Çirkli oyunlar” – ARD film çəkdi, ara qarışdı
Almaniyanın ARD telekanalı 1990-cı illərdə İspaniyanın dopinq sistemindən bəhs edən “Çirkli oyunlar” adlı sənədli film nümayiş etdirib.
Aut.az xəbər verir ki, redaksiya heyətinə Rusiya idmanında dopinq haqqında filmlərin məşhur müəllifi, Almaniyanın ARD televiziya şirkətinin jurnalisti Hajo Seppelt rəhbərlik edir.
Film İspaniyanın 1992-ci ildə Barselona şəhərində keçirilən Olimpiadada mümkün qədər çox medal qazanmaq üçün bu yaxınlarda dağılmış Şərq Blokunun dopinq sistemini kopyaladığı iddia edilir.
Ümumdünya Antidopinq Agentliyi (WADA) faktla bağlı araşdırma aparır.
“WADA təsdiq edə bilər ki, müstəqil Kəşfiyyat və Təhqiqatlar Departamenti bir neçə ay əvvəl İspaniya idmanında iddia edilən pozuntularla bağlı araşdırmaya başlayıb. İstintaq davam etdiyi üçün WADA əlavə şərh verə bilməz”, – RİA Novosti Sport WADA-nın mətbuat xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.
Aut.az
