Əfsanəvi snooker oyunçusu öldü
Məşhur uelsli snooker oyunçusu Rey Reardon 91 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, BBC ona əvvəllər xərçəng diaqnozu qoyulduğunu bildirib.
Peşəkar snooker oyunçusu olmamışdan əvvəl Reardon əvvəlcə mədənçi, sonra isə polis məmuru kimi çalışıb. Onun idman karyerasındakı çiçəklənmə dövrü 1970-ci illərdə, altı dəfə dünya çempionu olduğu vaxta təsadüf edir.
“Rey bütün zamanların ən yaxşı Uels idmançılarından biridir və şübhəsiz ki, ən yaxşı snooker oyunçusudur. O, bizim bir çoxumuzu bu oyuna həvəsləndirdi”, – Reardonun həmyerlisi və üçqat dünya çempionu Mark Ulyams deyib.
Aut.az
