Paris-2024: Medal sıralaması
Paris Yay Olimpiya Oyunlarında 5-ci yarış günü geridə qalıb.
Aut.az xəbər verir ki, iyulun 30-da idmançılar 8 idman növü üzrə 11 dəst medal uğrunda mübarizə aparıblar. Bu yarışlardan sonra Olimpiadanın medal sıralamasında bir sıra dəyişikliklər olub.
Yaponiya yenə də birinci yerdədir – 7 qızıl, 2 gümüş, 4 bürünc. Çin 6 qızıl, 6 gümüş, 2 bürünclə ikinci pilləyə yüksəlib. Üçüncü yerdə 6 qızıl, 4 gümüş, 1 bürünc medalı olan Avstraliya qərarlaşıb.
Hamıdan çox 26 medal toplayan ABŞ komandası isə yenə “ilk beşlik”dən kənar düşüb. Cəmi 4 qızıl medal qazanan amerikalıların 11 gümüş və eyni sayda bürünc medal var.
Aktivində cəmi 1 qızıl medal olan Azərbaycan isə Yeni Zenlandiya, Rumıniya, Sloveniya, Serbiya və Özbəkistanla birlikdə 16-21-ci pillələri bölüşür.
