Digər

BOK-a prezident seçildi: Tarixdə ilk

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti vəzifəsinə seçkilər keçirilib.

Aut.az xəbər verir ki, qalib Zimbabvedən olan Kirsti Koventri olub. 41 yaşlı keçmiş idmançı tarixdə təşkilatın ilk qadın prezidenti olub.

BOK-un yeni rəhbəri 8 il müddətinə seçilib. Koventri 2025-ci ilin iyununda, təşkilatın hazırkı rəhbəri Tomas Baxın səlahiyyət müddəti başa çatdıqda vəzifəyə başlayacaq.

Koventri 200 metr məsafəyə arxası üstə üzmə üzrə ikiqat Olimpiya çempionu, üçqat Dünya Çempionatının qalibi və dördqat Qısa Məsafə Dünya Çempionudur.

Aut.az