Rekordsmen milli karyerasını başa vurdu
“Fənərbağça”nın yarımmüdafiəçisi Duşan Tadiç Serbiya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, sosial şəbəkədəki paylaşımında Tadiç futbolçu karyerasını başa vurduqdan sonra milli komandaya başqa vəzifədə qayıtmaq istədiyini də vurğulayıb.
35 yaşlı futbolçu Serbiya millisinin keçirdiyi oyunların sayına (111) görə rekordçudur. Tadiç 2008-ci ildən Serbiya yığmasında çıxış edir və 23 qol vurub.
Aut.az
