Ronaldo ilə bağlı sensasion iddia: Danışıqlar dayandırıldı
Kriştiano Ronaldo cari mövsümün sonunda “Əl Nəsr”i tərk edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Ronaldonun hazırkı müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir. Uzun müddətdir ki, tərəflər əməkdaşlığı davam etdirmək üçün qarşılıqlı istək nümayiş etdirərək yeni saziş üzrə danışıqlar aparıblar.
Ancaq son günlər vəziyyət kəskin şəkildə dəyişib. “Əl-İttihad”a 2:3 hesablı məğlubiyyət “Əl-Nəsr”in bu mövsüm çempionluq şansını faktiki olaraq bitirib və komandanın növbəti mövsümdə qitə yarışlarında iştirakını şübhə altına alıb.
Qarşılaşmadan sonra komanda yoldaşlarının qəzəbinə tuş gələn Ronaldo paltardəyişmə otağına belə girmədən stadionu tərk edib. 40 yaşlı portuqaliyalının bu davranışı klub rəhbərliyini qəzəbləndirib və dərhal yeni müqavilə ilə bağlı bütün danışıqları dayandırıb.
Aut.az
