Dünya futbolu

8:0 hesablı qələbədən sonra baş məşqçini qovdular

Braziliyanın “Flamenqo” klubu ” Madureyra” üzərində 8-0 hesablı qələbədən sonra Filipe Luisi əsas komandanın baş məşqçisi vəzifəsindən kənarlaşdırıb.

Aut.az xəbər verir ki, bu barədə “Globo” onlayn nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, məşqçinin işdən çıxarılması qərarı oyun başlamazdan əvvəl verilib.

“Flamenqo” martın 2-dən 3-nə keçən gecə Karioka Liqasının yarımfinalında “Madureyra”nı məğlub edib.

Filipe Luis 2024-cü ildən “Flamenqo”da işləyirdi. O, peşəkar karyerası ərzində də komandada oynayıb.

Luis daha çox “Atletiko Madrid” və “Çelsi”də oynadığı dövrlərlə tanınır.

Aut.az