İtaliyaDünya futbolu

Poqba danışıqlara başladı: Ronaldonun yanına gedir?

“Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqba “qoca sinyora” ilə müqaviləsini pozmaq barədə danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi 18 aya endirilən 4 illik qadağadan xilas olub. Diskvalifikasiyaya səbəb 2023-cü ilin avqustunda baş tutan İtaliya çempionatının “Udineze” ilə oyunundan sonra iki dəfə uğursuz dopinq testi olub.

Pol Poqba sonuncu dəfə 2023-cü ilin sentyabrında “Empoli” ilə matçda meydana çıxıb.

“Əl-Nəsr” fransalı futbolçu ilə maraqlanan klublar siyahısındadır.

Aut.az