İngiltərə

Sançonun MY-dəki taleyi bəlli oldu

Ceydon Sanço bu yay “Mançester Yunayted”i tərk etməyəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Sanço “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqla barışıb. Bu baxımdan İngiltərə klubu artıq 24 yaşlı futbolçunu satmağa ehtiyac görmür.

Bu ilin əvvəlində Sanço icarə əsasında Dortmund “Borussiya”sına keçib. O, niderlandlı məşqçi ilə münaqişə səbəbindən “Yunayted”dən ayrılmalı olmuşdu.

Qeyd edək ki, “Transfermarkt” Sançonun dəyərini 25 milyon avro qiymətləndirir. 2021-ci ilin yayında “Mançester Yunayted” onu “Borussiya”dan 85 milyon avroya alıb.

Aut.az