İngiltərə

Qvardiola açıqladı: O, məşqçilik etdiyim ən yaxşı futbolçulardan biridir

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolçusu Cek Qrilişlə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, ispan mütəxəssis onu çalışdırığı ən yaxşı futbolçulardan biri adlandırıb:

“O, həqiqətən də əla oğlandır. Sahib olduğum ən yaxşı oyunçulardan biri. Hamı onu sevir.

İctimai və xeyriyyə fəaliyyətindən danışsaq, onun uşaqlara, qocalara necə qulluq etdiyini dəfələrlə görmüşəm. O, həmişə lazımi addımlar atır. Onun həqiqətən faydalı əlaqələri var”.

Xatırladaq ki, Qrealiş 2021-ci ildə “Aston Villa”dan “Mançester Siti”yə keçib. Bu müddətdə futbolçu 101 matçda iştirak edib, 11 qol vurub, 17 məhsuldar ötürmə edib.