Messidən bəd xəbər: Bu oyunları buraxa bilər
“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in “All-Star” (Ulduzlar) oyununu buraxa bilər.
Aut.az xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.
Görüş iyulun 24-də baş tutacaq. Lakin 37 yaşlı futbolçunun Amerika Kubokunun finalında Kolumbiya ilə oyunda (1:0) aldığı zədə səbəbindən oyunu buraxmaq ehtimalı yüksəkdir. Futbolçunun həmin vaxta qədər zədəsini sağaldacağı real görünmür.
Həmçinin qeyd olunur ki, argentinalı superulduz “İnter Mayami”nin Liqa Kuboku çərçivəsində baş tutacaq Meksika təmsilçis “Puebla” ilə səfər matçını da buraxa bilər. Həmin görüş isə iyulun 27-ə təyin edilib.
Qeyd edək ki, final matçının 66-cı dəqiqəsində Messi topuğunu burxaraq meydanı tərk edib.
Aut.az
