Milli komandanın sabiq baş məşqçisi vəfat etdi
Polşa millisinin sabiq baş məşqçisi Fransişek Smuda 76 yaşında dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının (PZPN) mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis Krakov Universitet Xəstəxanasında qan xərçəngindən dünyasını dəyişib.
Smuda 2009-2012-ci illərdə Polşa millisinə rəhbərlik edib. Polşalılar onun rəhbərliyi altında Avro-2012-də çıxış edib.
Smuda “Vidzev” və “Visla” komandaları ilə üçqat Polşa çempionu olub. 1996, 1997, 1999, 2008-ci illərdə ölkənin ən yaxşı məşqçisi seçilib.
Aut.az
