UEFA Avro-2024-ün simvolik komandasını açıqladı
UEFA-nın texniki müşahidəçilər qrupu Avro-2024-ün nəticələrinə əsasən turnirin komandasını tərtib edib.
Aut.az xəbər verir ki, son Avropa çempionatının ən yaxşı oyunçularından ibarət heyətə İspaniyadan altı, Fransadan iki, İngiltərə, Almaniya və İsveçrədən hərəyə bir futbolçu daxil olub.
Texniki müşahidəçilər 4-3-3 sxemini seçib və heyətə aşağıdakı oyunçuları daxil ediblər: Mayk Maignan (Fransa); Kayl Uoker (İngiltərə), Manuel Akanji (İsveçrə), Uilyam Saliba (Fransa), Mark Kukurella (İspaniya); Daniel Olmo (İspaniya), Rodri (İspaniya), Fabian Ruiz (İspaniya); Lamin Yamal (İspaniya), Camal Musiala (Almaniya), Niko Uilyams (İspaniya).
Avropa çempionatının finalında İspaniya İngiltərəni məğlub edib (2:1).
Aut.az
