Avropa Çempionatı

İngilis mediasından iyrənirəm – UEFA prezidenti

UEFA prezidenti Aleksander Çeferin komandasını Avro 2024-ün finalına çıxaran İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeytə Britaniya mətbuatının münasibətindən qəzəbləndiyini etiraf edib.

“Deyə bilərəm ki, ingilis mediasının baş məşqçi Sautqeytə münasibətindən iyrənirəm. Sautqeyt İngiltərə tarixinin ən uğurlu baş məşqçisidir. Onu ələ salıb, təhqir edirlər. İndi də komandanı finala çıxardığı üçün yəqin ki, qəhrəman olacaq.

Mən onların üzr istəmələrini görmək istərdim. Futbolda hər şey ola bilər, amma bu, ədalətli deyil”, – Çeferin Rio Ferdinanda müsahibəsində deyib.

Aut.az