İspaniyaİngiltərə

Onun “Real”a keçməsi üçün lobbiçilik edir: Hər gün deyirəm ki…

“Real”ın və İspaniya millisinin müdafiəçisi Daniel Karvaxal “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin “kral klubu”na keçməsi üçün lobbiçilik etdiyini bildirib.

Aut.az xəbər verir ki, Karvaxalın sözlərini insayder Fabritsio Romano sitat gətirib.

“Mən Rodriyə hər gün deyirəm ki, “Real”a müqavilə imzala. Hər gün ona deyirəm ki, Mançesteri tərk etməlisən, çünki orada günəş yoxdur və Madridə köçməlisən. Rodriyə deyirəm ki, ona ehtiyacımız var. Mənə deyir ki, müqaviləsi var. Rodri bizim üçün ideal futbolçu olardı”, – Karvaxal bildirib.

Aut.az