İspaniya

Onu tənqid edənlərə arvadı cavab verdi

İspaniya millisinin hücumçusu Alvaro Moratanın həyat yoldaşı Elis Kampello medianın ərini tənqid etməsinə cavab verib.

Aut.az xəbər verir ki, bir gün əvvəl, iyulun 8-də “El Confidencial” “Morata İspaniyanı rüsvay edən kapitandır, həm də təkcə Avrodakı zəif forması ilə yox” başlıqlı məqalə dərc edib.

“Qurban rolunu oynamağa və qalmaqal salmağa nifrət edirəm, amma bu vəziyyət, bağışlayın, mənə normal görünmür. Gördüyüm yeganə şey, yarımfinalından bir gün əvvəl belə bir başlığı olan orta səviyyəli jurnalistdir”, – “Daily Mail” Kampellodan sitat gətirib.

Aut.az