İspaniya

Özünə yeni klub tapdı

“Çelsi”nin və “Barselona”nın sabiq müdafiəçisi Markos Alonso özünə yeni klub tapıb.

Aut.az “Relevo”ya istinadən xəbər verir ki, 33 yaşlı ispaniyalı karyerasını 2 illik müqaviləyə razılaşdığı “Selta”da davam etdirəcək. Çərşənbə axşamı futbolçu tibbi müayinədən keçəcək.

Alonso son iki mövsümü iyun ayında azad agent kimi tərk etdiyi “Barselona”da keçirib.

Ötən mövsüm müdafiəçi üçün uğursuz alınıb: zədə səbəbindən kataloniyalıların heyətində cəmi 8 oyun keçirib, qol vura bilməyib.

Aut.az