Prezident Super Liqa ideyasından danışdı: “Papaqda dovşan” görmüşük
La Liqanın prezidenti Xavyer Tebas Avropa Superliqasının başlama ehtimalını dəyərləndirib.
Aut.az xəbər verir ki, Tebas bu ideyanın gerçəkləşəcəyinə işarə edib və əsas amil kimi də “Real”ın prezidenti Florentina Peresi göstərib.
“Florentinonun məşğul olduğu iş heç vaxt ölmür. Mən həmişə demişəm ki, o, heç vaxt uduzmur – o, sehrbaz Devid Kopperfild kimidir. Pulsuz yayımlardan danışır, amma pulsuz deyil. Biz artıq “papaqda dovşan” görmüşük.
Deyir ki, Super Liqa çempionatlara zərər vermir, amma çox ziyan vurur. Ancaq Florentino məsələsində heç nəyi istisna etmək olmaz” – deyə La Liqa prezidenti bildirib.
Aut.az
