Tennis

Əfsanə karyerasını bitirir? – Mən əbədi oynamaq istəyərdim

Britaniyalı tennisçi Endi Marrey gələcək planları barədə danışıb.

Aut.az xəbər verir ki, o, karyerasını başa vurma variantı barədə də danışıb:

“Çətindir, oynamağa davam etmək istərdim, amma fiziki olaraq bacarmıram. Bütün bu zədələr əhəmiyyətsiz deyil. Mən əbədi oynamaq istəyərdim. Bu idmanı sevirəm, mənə çox şey verdi. O qədər çox şey öyrətdi ki, gələcək həyatda da həmişə mənim üçün faydalı olacaq. Bitirmək istəmirəm, ona görə də çətindir”.

Qeyd edək ki, hazırda “Uimbildon” turnirində cütlərin yarışında çıxış edən Marreyin karyerasında sonuncu matçlarını keçirdiyi iddia edilir.

Aut.az