Digər

Dünya çempionu ölü tapıldı: Çoxsaylı güllə yaraları

Hündürlüyə tullanma üzrə cənubi afrikalı dünya çempionu Jak Freytaq ölü tapılıb.

Aut.az xəbər verir ki, bu barədə “TheSun” məlumat yayıb.

İdmançı 2 həftə əvvəl Bronkhorstpruitdə anasının evinə getdikdən sonra itkin düşüb. Qəbiristanlığın yaxınlığında çoxsaylı güllə yaraları olan 42 yaşlı idmançının meyiti tapılıb.

Freytaq əvvəllər işsiz qaldıqdan sonra narkotik asılılığı ilə mübarizə aparırdı. O, 2003-cü ildə hündürlüyə tullanma üzrə dünya çempionu olub.

Aut.az