Digər

Azərbaycan gimnastları Rumıniyada “gümüş” qazandı

Azərbaycan gimnastları Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü “Irina Deleanu Cup” beynəlxalq turnirində iştirak edib.

Aut.az xəbər verir ki, bədii gimnastika üzrə gənclərdən ibarət yığmamızın üzvləri Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova mükafatçılar sırasına düşüb.

Onlar komanda hesabında gümüş medal qazanıblar.