Avro-2024-də qalmaqal: Stüardlar azarkeşi döydü – VİDEO
Avropa çempionatının 1/8 finalı çərçivəsində baş tutan Portuqaliya – Sloveniya oyununda qalmaqal yaşanıb.
Aut.az xəbər verir ki, təhlükəsizliyə cavabdeh olan stüardlar azarkeşi döyüb. Hadisənin görüntülərini “Record Portugal” X sosial şəbəkəsində paylaşıb.
UEFA hadisəni nəzarətə götürüb. Qurum rəsmi açıqlama vermədən araşdırma aparır.
Qeyd edək ki, sözügedən matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında Portuqaliya millisi 3:0 hesabı ilə qalib gəlib. Prineylilər 1/4 finalda Fransa ilə qarşılaşacaq.
Aut.az
Um adepto foi agredido a soco e pontapé pelos seguranças da Arena de Frankfurt onde a Seleção Nacional defrontou a Eslovénia na noite desta segunda-feira#euro2024 pic.twitter.com/kXAl6Qw2C8
— Record (@Record_Portugal) July 2, 2024
