Baş hakim ABŞ-ın ulduzunun əlini sıxmaqdan imtina etdi – VİDEO
Amerika kubokunun qrup mərhələsinin 3-cü turunun ABŞ və Uruqvay milliləri arasında keçirilən oyununun baş hakimi Kevin Orteqa oyunun sonunda amerikalıların kapitanı Kristian Pulişiçin əlini sıxmaqdan imtina edib.
Aut.az xəbər verir ki, final fitindən sonra hücumçu hakimlər briqadasına yaxınlaşıb, laynsmenlərdən biri ilə əl sıxıb, daha sonra Orteqa ilə görüşmək istəyib.
Lakin perulu əllərini nümayişkaranə surətdə arxasına qoyaraq onunla görüşməkdən imtina edib. Bundan sonra Pulişiç peruluya nəsə deyib, o, futbolçuya cavab verməyib.
“Daily Mail” bildirir ki, matç zamanı amerikalı futbolçu bir neçə dəfə Orteqanın qərarları ilə razılaşmayıb və ona çox emosional şəkildə narazılığını yüksək tonda bildirib.
ABŞ 0:1 hesabı ilə uduzaraq 3 xalla qrupda üçüncü yeri tutaraq mübarizəni dayandırıb.
Aut.az
