İngiltərə

“Liverpul” onun transferindən imtina etdi

“Liverpul” “Nyukasl Yunayted”in və İngiltərə millisinin hücumçusu Entoni Qordonu almaq fikrindən əl çəkib.

Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “sağsağanlar” “qırmızılar”ın müdafiəçisi Carell Quansunun müqaviləyə daxil edilməsini tələb etdiyi üçün mersesaydlılar Qordonu almaqdan imtina ediblər. “Liverpul” 21 yaşlı vingerin keçidi ilə bağlı danışıqları bərpa etməyəcək.

Keçən klub mövsümündə Qordon bütün yarışlarda 49 matçda iştirak edib, 12 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt”a görə futbolçunun bazar dəyəri 60 milyon avrodur.

Aut.az