Qvardiola çempionluqdan danışdı: Keçmişdə yaşananlar bu mövsüm təkrarlana bilər
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatının 2023/24 mövsümünün qalan 4 turu üçün komandanın qarşısında duran vəzifə barədə danışıb.
Aut.az xəbər verir ki, o, komandasının çempionluq şanslarını belə qiymətləndirib:
“Biz bilirik ki, 12 xalın hamısını qazanmalıyıq, əks halda çətin olacaq. Çünki “Arsenal” çox güclüdür. Hər şey bizdən asılıdır. Hər matçda qələbə qazanmağa çalışacağıq. Bizim üçün çətin deyil. Keçmişdə etdiyimiz bir şey bu mövsüm də təkrarlana bilər”.
“Arsenal” hazırda Premyer Liqada 35 oyundan sonra 80 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdə “Mançester Siti” qərarlaşıb. “Şəhərlilər” 34 oyunda 79 xal toplayıb. İlk üçlüyü “Liverpul” qapayır (35 matçda 75 xal).
Pep Qvardiolanın yetirmələri mayın 4-də evdə “Vulverhempton”la qarşılaşacaq.
Aut.az
