Avropa Çempionatı

AVRO-2024: İngiltərə – Sloveniya matçının ən yaxşı oyunçusu müəyyənləşdi

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunun İngiltərə – Sloveniya matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Aut.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Sloveniya millisinin yarımmüdafiəçisi Adam Qnezda Çerin matçın ən yaxşı futbolçusu adına layiq görülüb.

Qeyd edək ki, C qrupunda baş tutan qarşılşamada qol vurulmayıb. İngiltərə qrup lideri kimi növbəti mərhələyə adlayıb. Sloveniya isə ən yaxşı qrup üçüncüsü kimi pley-offda oynamaq hüququ qazanıb.