Avro-2024: 1/8 finalın daha bir cütü müəyyənləşdi
İyunun 26-da E qrupunda keçirilən oyunların nəticələrinə əsasən, 2024-cü il Avropa çempionatının pley-off mərhələsinin üçüncü cütü müəyyənləşib.
Aut.az xəbər verir ki, Ukrayna və Belçika milliləri arasında keçirilən görüş 0:0, Slovakiya ilə Rumıniya arasındakı qarşılaşma 1:1yekunlaşıb. E qrupunda yer alan 4 komandanın hamısı eyni sayda (hər biri 4) xal toplayıb. Ukrayna yığması sonuncu 4-cü yeri tutub və top fərqi daha pis olduğu üçün turnirdən kənarlaşdırılıb.
Rumıniya, Belçika və Slovakiya Avropa çempionatında 1/8 finala yüksəlib.
Pley-off mərhələsinin ilk mərhələsində Belçika iyulun 1-də saat 19:00-da Düsseldorfda Fransa ilə qarşılaşacaq.
F qrupunun oyunlarından sonra Rumıniya və Slovakiyanın rəqibləri müəyyənləşəcək.
Avro 2024. Pley-off
1/8 finalın üç cütü artıq məlumdur:
29 iyun, saat 19:00. İsveçrə – İtaliya (Berlin)
29 iyun, saat 22:00. Almaniya – Danimarka (Dortmund)
01 iyul, saat 19:00. Fransa – Belçika (Düsseldorf)
Aut.az
