Dəhşətli zədə alan Varqa ilk dəfə üzünü göstərdi – FOTO
Macarıstanın baş məşqçisi Marko Rossi, köməkçiləri və millinin futbolçusu Endre Botka Ştutqartdakı xəstəxanada hücumçu Barnabas Varqaya baş çəkib.
Varqa Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Şotlandiya ilə oyunda (1:0) Şotlandiyanın qapıçısı Anqus Qunn ilə toqquşub. O, huşunu itirib və xəstəxanaya aparılıb, ona üzünün çoxsaylı sınığı və beyin silkələnməsi diaqnozu qoyulub.
İndi futbolçu qonaqları qəbul edəcək qədər sağlamdır. Varqanın otağından çəkilmiş fotoda onun xəstəxana çarpayısında gülümsəməsi və baş barmağını yuxarı qaldırması görünür. Onu ziyarətçilər və tibb işçiləri əhatə edib.

Aut.az
