Avropa Çempionatı

AVRO-2024: Niderland – Avstriya oyununun ən yaxşı futbolçusu bəlli oldu

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Niderland – Avstriya matçının ən yaxşı futbolçusu bəlli olub.

Aut.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, avstriyalı yarımmüdafiəçi Marsel Sabitzer qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

O, oyunda bir qolla yadda qalıb.

Görüş Avstriyanın qələbəsi ilə bitib – 3:2.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.