Dünya futbolu

Gələcəyin dahi futbolçu odur: Neymar nişan verdi – FOTO

Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar, yaxın gələcəkdə dünya səviyyəli ulduza çevriləcək futbolçu haqqında fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Neymar onun dahi olacağına əminlik ifadə edib:

“Gələcəyin ulduzu? Məncə, “Palmeyras”dan olan Estevao Braziliya futbolunda böyüyən böyük istedaddır. Düşünürəm ki, o dahi olacaq!”

“Çelsi” klubu bir neçə gün əvvəl 17 yaşlı cinah oyunçusu Estevao Villianı transfer etdiyini açıqlamışdı. Yeniyetmə 2025-ci ilin yayında “təqaüdçülər”in sırasına qoşulacaq.

Estevao Villian Braziliyanın “Kruzeyro” klubunun yetirməsidir və oradan 2021-ci ildə “Palmeyras”a keçib. Bu mövsüm futbolçu komandasının heyətində 27 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Gələcəyin dahi futbolçu odur: Neymar nişan verdi – FOTO

Aut.az