“Roma”nı debütanta dəyişdi
“Roma”nın hücumçusu Andrea Belotti karyerasını yeni mövsümdə A seriyasında mübarizə aparacaq “Komo”da davam etdirəcək.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.
30 yaşlı forvard Sesk Fabreqasın çalışdırdığı kluba keçib. Futbolçunun debütanta transferinin məbləği bonuslarla birlikdə 5 milyon avro olacaq.
İtaliya millisinin sabiq forvardı “Fiorentina”da 6 aylıq icarədən sonra “Roma”ya qayıdıb. Florensiya klubu onu almaqdan imtina edib.
Qeyd edək ki, Belotti “Roma”ya 2022-ci ilin yayında “Torino”dan azad agent kimi keçib. Lakin 68 matçda cəmi 10 qol vurub.
Aut.az
