Məqsədini açıqladı: Bu komandanı istəyir
İtaliyalı mütəxəssis Antonio Konte Avropanın yüksək səviyyəli komandasını çalışdırmaq istədiyini bildirib, həmçinin məşqçilik peşəsindən danışıb.
“Hər idman növü kimi futbol da daim inkişaf edir. Mən oynamağa başlayanda Euhenio Faşetti, Karlo Matsone və Covanni Trapattoni kimi məşqçilər mənim üçün ikinci ata kimi idilər. Dəyişikliklər, detallara daha çox diqqət yetirən və bizə daha çox məlumat verən Arriqo Sakki və Marcello Lippi sayəsində baş verdi.
Bu gün məşqçi daha mühüm rol oynayır və komandanın gördüyü işlərə daha çox təsir edir. Mənim tamamilə nifrət etdiyim şey insanların məşqçinin işinin mümkün qədər az zərər vermək olduğunu söyləməsidir.
İdeal məşqçi dərzi kimi olmalıdır: ixtiyarında olan materialdan ən yaxşı kostyumu tikməlidir. Oyunçuya bir fikrə qapılmadan istedadını göstərmək üçün ən yaxşı şərtləri verin.
Bir gün mən bu yaxınlarda çempion olmuş komandanı çalışdırmaq istərdim. Çünki, məsələn, mən yeddinci yerdə olan “Çelsi”ni götürdüm, “Yuventus” da yeddinci yerdə idi”, – Kontenin sözlərini “La Gazzetta dello Sport” sitat gətirib.
Aut.az
