Avropa Çempionatı

Mbappenin Avropa çempionatlarındakı uğursuz seriyası davam edir

Fransa millisinin hücumçusu Kilian Mbappe Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun Avstriya ilə oyununda (1:0) qol vura bilməyib.

Aut.az xəbər verir ki, bununla Mbappenin Avropa çempionatlarındakı qolsuzluq seriyası davam edib. O, qitə turnirinin final mərhələsində keçirdiyi 5 oyunda bir dənə də olsun qol vurmağı bacarmayıb.

Avro-2020 və Avro-2024-də keçirdiyi matçlarda Mbappe cəmi 3 məhsuldar ötürmə edib.

Aut.az