Avropa Çempionatı

Onunla bir yerdə olmalıyam: Mourinyo əfsanə ilə FOTOSUNU paylaşdı

Məşhur portuqaliyalı mütəxəssis, hazırda “Fənərbağça”nın baş məşqçisi olan Joze Mourinyo Almaniya millisinin Şotlandiyanı 5:1 hesabı ilə məğlub etdiyi Avro-2024-ün açılış matçını  “Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Ferqyusonla birgə izləyib.

Aut.az xəbər verir ki, bu barədə Mourinyo özü sosial şəbəkədə paylaşım edib. O, Ferqyusonla şəklini paylaşıb və yazıb:

“Mən bir Şotlandiya əfsanəsi ilə bir yerdə olmalıyam! Böyük insan”.

Aut.az

Onunla bir yerdə olmalıyam: Mourinyo əfsanə ilə FOTOSUNU paylaşdı