Ərəblər kapitanın “saqqızını” oğurladılar – İldə 20 milyon alacaq
Müqaviləsi iyunun 30-da başa çatacaq “Real”ın mərkəz müdafiəçisi və kapitanı Naço Fernandes Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə müqavilə bağlamağa yaxındır.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Əl-İttihad” 34 yaşlı futbolçuya illik 20 milyon avro maaşla iki illik müqavilə təklif edir.
Xatırladaq ki, “Real Madrid”in sabiq hücumçusu Kərim Benzema “Əl-İttihad”da çıxış edir.
Aut.az
