İspaniya

Futbolçunu nokauta göndərən qapıçıya bu cəza verildi – VİDEO

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi Sequndanın 37-ci turunun “Ueska” ilə oyununun (0:1) sonunda baş verən insidentdən sonra “Saraqosa”nın qapıçısı Esteban Andradanı 13 oyunluq cəzalandırıb.

Aut.az xəbər verir ki, oyuna əlavə edilmiş vaxtda Andrada müdafiəçi Xorxe Pulidonu itələyərək ikinci sarı vərəqə alıb.

Qovulduqdan sonra qəzəblənmiş qapıçı Pulidoya tərəf qaçaraq onun üzünə yumruq vurub və meydanda böyük dava-dalaş başlayıb.

AS xəbər verir ki, zərbənin özünə görə 12 və qırmızı vərəqəyə görə bir oyunluq cəza nəzərə alınmaqla, qapıçı bu mövsüm bir daha “Saraqosa”da oynaya bilməyəcək . Matçdan sonra Andrada davranışına görə üzr istəyib.

Aut.az