İtaliya

“Milan” yeni baş məşqçisini rəsmən təqdim etdi

“Milan” klubu rəsmi internet saytında Paulo Fonsekanın baş məşqçi təyin olunduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, tərəflər üç il müddətinə müqavilə imzalayıblar. İnsayderlərə görə, Fonseka “Milan”da ildə 3,5 milyon avro alacaq.

Fonsekanın əvvəlki iş yeri 2022-ci ildən rəhbərlik etdiyi Fransa “Lill”i olub. Fonsekanın rəhbərliyi altında Fransa klubu Liqa 1-in son mövsümünü 34 oyundan 59 xalla dördüncü pillədə başa vurub. Portuqaliyalı mütəxəssis daha əvvəl İtaliyanın “Roma”, Ukrayna “Şaxtyor” və Portuqaliya çempionatının bir neçə komandasını da çalışdırıb.

Aut.az