“Milan”ın əfsanəsi bu klubu çalışdıracaq
“Milan”ın əfsanəvi müdafiəçisi, İtaliya millisi ilə dünya çempionu olan Alessandro Nesta “Montsa”nı çalışdıracaq.
Aut.az “Relevo”ya istinadən xəbər verir ki, “Rejiana”ya başçılıq edən 48 yaşlı mütəxəssis bu həftə “Fiorentina”nın “sükanı arxasına” keçən Raffaele Palladinonu əvəz edəcək.
Nestanın rəhbərliyi altında “Rejiana” İtaliya B Seriyasını 11-ci pillədə başa vurub. “Montsa” isə A seriyasında 12-ci olub.
Aut.az
