Türk futbolçu Avro-2024 üçün təcili milliyə çağırıldı
“Bavariya”nın və Almaniya yığmasının yarımmüdafiəçisi Aleksandr Pavloviç ev Avropa çempionatında oynaya bilməyəcək.
Aut.az xəbər verir ki, Pavloviçə tonzillit diaqnozu qoyulub. Bu barədə “Bild”in məlumat yayıb.
20 yaşlı futbolçunu Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Əmrə Can əvəz edəcək.
Qeyd edək ki, iyunun 14-də Avro-2024-ün açılış matçında Almaniya Şotlandiya ilə qarşılaşacaq.
