Dünya futbolu

Zidan darıxır, qayıtmaq istəyir

Fransız mütəxəssis Zinəddin Zidan məşqçiliyə mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Çempionlar Liqasının üçqat qalibi futbol üçün darıxdığını deyib:

“Futbol üçün darıxmışam. Mənim üçün aktiv olmaq vacibdir, ona görə də özümü müəyyən işlərlə məşğul etməyə çalışıram. Amma yenə də məşqçiyəm. İndi uzun müddətdir davam edən fasilədəyəm. Görək bundan sonra nə olacaq. Lazım gələrsə, geri qayıtmağa hazıram”.

Qeyd edək ki, Zidanın Fransa millisində çalışmaqda maraqlı olduğu iddia edilir. Buna görə onun bir sıra aparıcı klublardan gələn təklifləri geri çevirdiyi bildirilir.

Xatırladaq ki, 52 yaşlı mütəxəssis 2016-2018 və 2019-2021-ci illərdə “Real”a rəhbərlik edib. Fransız məşqçi Madrid klubu ilə 2 dəfə İspaniya çempionu və İspaniya Superkubokunun qatlibi olub. Üç dəfə isə “Los Blankos”a Çempionlar Liqasının kubokunu qazandırıb.