Uşaq futbol komandasını aparan avtobus qəzaya uğradı: Məşqçi öldü
Qazaxıstanın Akmola vilayətində uşaq futbol komandasını daşıyan mikroavtobus qəzaya düşüb.
Aut.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Mercedes” markalı avtomobilin sürücüsü yük avtomobilini ötərkən onu aşırıb. Mikroavtobusda 14-16 yaşlarında 16 uşaq və bir məşqçi olub. Qəza nəticəsində futbol komandasının məşqçisi hadisə yerində dünyasını dəyişib. Gənc futbolçular xəstəxanaya aparılıb və həkim nəzarətindədir. Uşaq komandası olan mikroavtobus yarış üçün Pavlodar şəhərindən Astanaya gedirmiş.
Qeyd olunur ki, faktla bağlı cinayət işi açılıb, zəruri istintaq hərəkətləri aparılır.
Aut.az
