Dünya futbolu

41 yaşlı Pepe “Portu”dan ayrılır: Hara gedəcək?

“Portu”nun  41 yaşlı müdafiəçisi Pepe bu yay klubu tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio  Romano “X” sosial şəbəkəsində yazıb.

Mənbənin sözlərinə görə, baş məşqçi Serxio Konseysao işindən ayrıldıqdan sonra portuqaliyalının azad agent kimi klubu tərk etmək ehtimalı yüksəkdir. Yekun qərarın hələ verilmədiyi və bir çox rəsmiliyin hələ də həll edilməli olduğu bildirilir.

Pepe 2019-cu ilin yanvarında azad agent kimi “Beşiktaş”dan “Portu”ya keçib. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 34 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, portuqaliyalının bazar dəyəri 800 min avrodur.

Aut.az