Dünya futboluİspaniya

Dünyanın ən bahalı 5 futbolçusu: 3-ü bu klubdadır

Bazar dəyəri ən yüksək olan beş oyunçudan üçü “Real”da  oynayır.

Aut.az xəbər verir ki, “Transfermarkt”ın hesablamalarına görə, Madrid klubu ilə azad agent kimi müqavilə imzalayan Kilian Mbappe 180 milyon avro dəyərindədir.

İspan klubunda çıxış edən Cud Bellinqem və “Mançester Siti”dən Erlinq Haaland da eyni məbləğdə qiymətləndirilir.

İlk 5-likdə həmçinin Filip Foden (Mançester Siti) və Vinisius Junior (Real Madrid) yer alıb.

Aut.az