İspaniya

Mbappe bəyanat yaydı: Salam, Madrid

“Real” Mbappenin transferini açıqlayandan sonra fransız futbolçu bəyanat yayıb.

Aut.az xəbər verir ki, Mbappe bu barədə sosial şəbəkədə paylaşım edib.

“Bir xəyal gerçəkləşdi. Xəyal etdiyim klub olan “Real”ın bir hissəsi olduğum üçün çox xoşbəxtəm və qürur duyuram. Hazırda necə xoşbəxt və həyəcanlı olduğumu izah etmək mümkün deyil. Mən Madridistlərlə görüşməyi səbirsizliklə gözləyirəm və inanılmaz dəstəyə görə təşəkkür edirəm. Salam, Madrid! 🤍🤍🤍”, – Mbappe yazıb.

Aut.az