Bu gün qələbə qazanmağın nə qədər çətin olduğunu gördük: Fuente
İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Türkiyə ilə keçirilən oyun (2:2) haqda danışıb.
Aut.az xəbər verir ki, Fuentenin sözlərini UEFA-nın rəsmi saytı sitat gətirib:
“Bu gün biz qələbə qazanmağın nə qədər çətin olduğunu gördük. Bəzən bunu xatırlatmaq yaxşı olar. Bu səviyyədə, bu qədər sıx qrafiklə hər zaman qalib gəlmək çox çətindir. Bu gün bunun nə qədər çətin olduğunu bizə xatırlatdılar. DÇ-nin final mərhələsinə yüksəldiyimiz üçün çox xoşbəxtik”.
İspaniya millisi altı oyundan 16 xal toplayıb və E qrupunda birinci yeri tutub. Bu nəticə sayəsində İspaniya 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Aut.az
