ÇL-də mövsümün ən yaxşı 10 qolu – VİDEO
UEFA-nın texniki müşahidəçilər qrupu Çempionlar Liqasının 2023/24 mövsümünün ən yaxşı 10 qolunu seçib.
Aut.az xəbər verir ki, reytinqdə birinci yeri “Real”ın yarımmüdafiəçisi Federiko Valverdenin ilk 1/4 final matçında “Mançester Siti”yə vurduğu qol tutub.
“Barselona”nın futbolçusu Rafinyanın PSJ-ə vurduğu qol ikinci, “Atletiko” ilə görüşdə Dortmund “Borussiya”sının forvardı Niklas Füllkruqun vurduğu qol isə üçüncü olub.
Çempionlar Liqasının 2023/24 mövsümünün ən yaxşı 10 qol:
1 Federiko Valverde (Real – Mançester Siti 3:3) – ilk 1/4 final oyunu
2 Rafinya (PSJ – Barselona 2:3) – ilk 1/4 final oyunu
3 Niklas Füllkruq (Borussiya – Atletiko 4:2) – 1/4 final cavab oyunu
4 Fil Foden (Real – Mançester Siti 3:3) – ilk 1/4 final oyunu
5 Bruma (Union – Braqa 2:3) – qrup mərhələsinin 2-ci turu
6 Kilian Mbappe (Real Sosyedad – PSJ 1:2) – 1/8 finalın cavab oyunu
7 Rodriqo (Real – Napoli 4:2) – qrup mərhələsinin 5-ci turu
8 Cud Bellinqem (Napoli – Real 2:3) – qrup mərhələsinin 2-ci turu
9 Tete (Qalatasaray – Kopenhagen 2:2) – qrup mərhələsinin 1-ci turu
10 Alfonso Devyis (Real – Bayern 2:1) – yarımfinal cavab oyunu
