Premyer Liqa klubunun satışı baş tutmadı: Borc içində üzürlər
“Everton” ABŞ-ın “777 Partners” investisiya firmasının klubu almaq cəhdinin uğursuz olduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, Mersisayd təmsilçisi kredit borclarını ödəmək və əlavə xalların silinməsinin qarşısını almaq üçün ən yaxşı oyunçularını satmağa məcbur olacaq.
“777 Partners”in təklifi 500 milyon funt sterliq idi. Baxmayaraq ki, şirkət klubu ayaqda saxlamaq üçün artıq milyonlarla sərmayə qoymuşdu. Lakin Premyer Liqa rəhbərliyi ABŞ sığorta nəhəngi “A-Cap”ın onlarla əlaqələri kəsdikdən sonra Mayamidə yerləşən şirkətin öhdəliklərini yerinə yetirmək üçün pula sahib olmayacağı qorxusu ilə satınalma müqaviləsini ratifikasiya etməkdən imtina edib. Şirkət bundan sonra ABŞ və Avropada məhkəmə çəkişmələri ilə üzləşib.
“Everton”un maliyyə problemləri keçən mövsüm klubdan xalların silinməsi ilə nəticələnib. Lakin “şirniyyatçılar” yenə də aşağı liqaya düşməkdən qaça biliblər.
Aut.az
