İspaniya

“Real”ın qapıçısı Londona komanda ilə birlikdə uçmayacaq – Səbəb?

“Real”ın ukraynalı qapıçısı Andrey Lunin Londonda keçiriləcək Çempionlar Liqasının finalına komanda ilə birlikdə uçmayacaq .

Aut.az xəbər verir ki, mayın 27-də “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti Luninin xəstə olduğunu bildirib. COPE-nin jurnalisti Migel Anxel Diaz ukraynalının qrip olduğunu iddia edir.

Bununla belə, Andrey İngiltərəyə komanda ilə yox, ayrıca gedəcək. “Real” digər oyunçular arasında infeksiyanın qarşısını almaq üçün Lunini təcrid etmək qərarına gəldi.

İyunun 1-də kral klubu əsas avrokubok klub turnirinin həlledici oyununda “Uembli”də Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az