İtaliya

“Napoli” Xviçanı PSJ-yə satmağa hazırdır: Bir şərt var

PSJ “Napoli”yə cinah oyunçusu Xviça Kvaratsxeliyanı almaq üçün təklif göndərsə də, İtaliya klubunun prezidenti Aurelio De Laurentis təklif olunan məbləği öyrəndikdən sonra bunu nəzərə almayıb.

Aut.az xəbər verir ki, Paris klubu Gürcüstan millisinin futbolçusu üçün təxminən 60 milyon avro təklif edib. İtaliyalı funksioner isə Kvaratsxeliyanı iki dəfə baha qiymətə satmağa hazırdır. Bu barədə “Gazetta dello Sport” məlumat yayıb.

Hazırkı müqaviləyə əsasən, Xviça təxminən 1,5 milyon avro qazanır. O, yeni müqavilə imzalamaq şərti ilə klubdan 5 milyon avro məvacib istəyir. “Napoli” bonuslar daxil olmaqla ona 4,5 milyon avrodan çox pul ödəmək iqtidarında deyil.

Aut.az